Barselona Markus Reşfordun transfer seçimini aktivləşdirməkdə tərəddüd edir

İngiltərəli futbolçu Markus Reşfordun İspaniyanın "Barselona" klubundakı vəziyyəti kəskin şəkildə dəyişib

Barselona Markus Reşfordun transfer seçimini aktivləşdirməkdə tərəddüd edir

"Merc.az"  istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı hücumçunun 30 milyon avroluq alış seçimini aktivləşdirməkdə o qədər də əmin deyil.

İspaniya klubunda icarə əsasında çıxış edən forvard müqavilə ilə "Mançester Yunayted"ə (İngiltərə) məxsusdur.

"Barselona" oyunçunun hazırkı performansını nəzərə alaraq bu məbləğin çox olduğunu düşünür. O, son 16 oyunda cəmi iki qolla yadda qalıb. Buna baxmayaraq, qərar hələlik verilməyib. İdman direktoru Deku və baş məşqçi Hans-Diter Flik bu məsələni müzakirə edəcəklər.

Xatırladaq ki, Markus Reşford ötən ilin yayında icarə əsasında "Barselona"ya keçib.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0