Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub

Aprelin 13-ü və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gün gecə saatlarında səfərə çıxacaq

Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub

Azərbaycan Futzal Federasiyasından "Merc.az"a verilən məlumata görə, baş məşqçi Yevgeni Kukseviç matçlara 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.

Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.

Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire")

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə ("Şuşa")

Qeyd edək ki, Qazaxıstan millisi ilə görüş aprelin 13-də və 15-də Aktau şəhərindəki "BS Arena"da keçiriləcək.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0