Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində dəyişiklik edildi

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində dəyişiklik edildi
zərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
Merc.az-ın məlumatına görə, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq.
Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0