Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama
Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/4 finalının "AZ Alkmaar"la cavab oyunundan sonra fikirlərini bölüşüb.
Merc.az xəbər verir ki, Donetsk klubu ilk görüşdə 3 cavabsız qolla qalib gəldiyi Niderland təmsilçisi ilə bu dəfə bərabərə qalıb (2:2) və yarımfinala yüksəlib.
Türkiyəli mütəxəssis UEFA-ya açıqlamasında oyunu belə şərh edib: “AZ Alkmaar”a böyük hörmətim var. Bizim üçün emosional matç oldu. Hesab edirəm ki, komandam taktiki baxımdan çox yaxşı çıxış etdi. Belə rəqibə qarşı oynamaq asan deyil, çünki onlar çox yaxşı pressinq edirlər”.
A.Turan bu uğurlu nəticəni Ukraynada müharibədən əziyyət çəkən insanlara ithaf etdiyini bildirib: "Bu oyunu hər səhər ümidlə oyanan, heç olmasa uşaqların səhər partlayış səsləri olmadan oyanmasını arzulayan Ukraynadakı bütün insanlara ithaf etmək istəyirəm".
39 yaşlı mütxəssis yarımfinaldakı rəqibləri "Kristal Pelas" haqda da danışıb: "Kristal Pelas" İngiltərə Premyer Liqası təmsilçisidir. Dekabr ayında bu klubun stadionunda olmuşdum və bu, mənim üçün bir növ arzu idi. Tanıyan dostlarım buna görə mənimlə zarafat edirdilər. Amma bu axşam mən də cavab zarafatı edəcəyəm".
Qeyd edək ki, "Şaxtyor"la "Kristal Pelas" arasında ilk oyun aprelin 30-da, cavab görüşü isə mayın 7-də keçiriləcək.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0
