Tino Livramento üçün nəhəng mübarizə
Nyukasl"ın müdafiəçisi Tino Livramento yay transfer pəncərəsinin ən çox axtarılan simalarından birinə çevrilib
Merc.Az xəbər verir ki, "Football Insider"in yaydığı məlumata görə, "Arsenal" və "Mançester Siti" gənc müdafiəçini heyətinə qatmaq üçün yarışda liderlik edirlər.
Hazırda "Nyukasl" futbolçu ilə yeni müqavilə imzalamaqda çətinlik çəkir. Klub hər nə qədər onu komandada saxlamaq istəsə də, Avrokuboklardan kənarda qalmaq ehtimalı Livramentonun 70 milyon funt-sterlinq qarşılığında satışını qaçınılmaz edə bilər.
Bu vəziyyət istedadlı oyunçunu transfer bazarının əsas hədəflərindən birinə çevirib
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0
