Qordon “Arsenal”ın hədəfində

"Nyukasl"ın vingeri Antoni Qordon komandanı tərk edə bilər

Qordon “Arsenal”ın hədəfində

"Topçular"ın baş məşqçisi Mikel Arteta hücum xəttinə sürətli oyunçu cəlb etmək istəyir.

O mövqedə Martinellinin zədəyə meyilli olması və Trossardın qeyri-sabit çıxışı London klubunun bu istiqamətdə hərəkətə keçməsinə ehtiyac yaradır.

"Nyukasl" 25 yaşlı futbolçu üçün azı 100 milyon avro istəyəcək.

Qeyd edək ki, "Everton" yetirməsi olan Antoni Qordon cari mövsüm meydanda olduğu 45 matçda 17 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0