Qarabağ Nərimandan da baha qiymətə oyunçu satacaq - MÜHÜM AÇIQLAMA
«Bizim akademiyaya məxsus yeniyetmə və gənclərə maraq çoxdur»
Bu sözləri Merc.az-a açıqlamasında «Qarabağ»ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.
Üçüncü mövsümdür Ağdam təmsilçisində bu sahəyə rəhbərlik edən tanınmış mütəxəssis bildirib ki, bir sıra Avropa klubları onların yetirmələrinə elçi düşüb:
«Xüsusən aşağı yaş qrupları üzrə millilərə dəvət alan futbolçulara diqqət var. İndiyədək neçə-neçə menecerdən onlarla bağlı sorğu almışıq.
Hhər dəfə hansısa beynəlxalq turnirlərdə iştirak edəndən sonra bizdən məlumat istəyirlər. Akademiyamızdan çıxan Nəriman Axundzadə yaxınlarda ABŞ-yə getdi.
«Qarabağ» onun «Kolumbus Kru»ya satışından yaxşı pul qazandı. Əli Bəşirovu da Fransadan «Strasburq» istəyir.
Mayda ora baxışa getməlidir. Yayda daha dörd-beş oyunçumuz Avropaya gedə bilər. Yoxlanışa çağırılanlar çoxdur.
Hələlik qoy ad çəkməyim. Sadəc, onu deyim ki, bizim uşaqlara dəvət göndərənlər Avropanın kifayət qədər tanınmış klublarıdır.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0
